Dövlət başçısı Gəncədə yeni “ASAN xidmət” mərkəzinin tikintisinə 5 milyon manat ayırıb

Dövlət başçısı Gəncədə yeni “ASAN xidmət” mərkəzinin tikintisinə 5 milyon manat ayırıb
  • Clock-gray 16:38
  • calendar-gray 24 İyun 2020

Prezident İlham Əliyev Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.4-cü yarımbəndində göstərilmiş 5,0 (beş) milyon manat Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.

apa-logo-mini

Digər xəbərlər