Dövlət başçısı: "Meşələrimizin 54 min hektarı Ermənistan rəhbərliyi tərəfindən talan edilib və satılıb"

Dövlət başçısı: "Meşələrimizin 54 min hektarı Ermənistan rəhbərliyi tərəfindən talan edilib və satılıb"
  • Clock-gray 14:16
  • calendar-gray 04 Fevral 2021

“Azad edilmiş torpaqlarda minalardan başqa, partlamamış sursatlar da kifayət qədər çoxdur, bu da təbiidir. Çünki müharibə dövründə gedən döyüşlər təbii ki, azad edilmiş torpaqlarda partlamamış sursatların çoxluğuna səbəb olub”.  

APA-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezident qeyd edib ki, əraziləri bu sursatlardan təmizləmək də böyük zəhmət tələb edən məsələdir: “Siz bu sahədə təcrübəli beynəlxalq mütəxəssisləri cəlb edərək işçilər üçün həm ölkə daxilində təlim kursları keçirməlisiniz, həm də xaricdə qısamüddətli kurslar təşkil olunmalıdır ki, bizim mütəxəssislər, istehkamçılar özləri-özlərini qoruya bilsinlər, eyni zamanda, burada ən qabaqcıl təcrübə tətbiq edilsin.

Peyk görüntülərindən səmərəli istifadə etməliyik. Peyk görüntüləri bizə əlavə imkanlar yaradır, həm müharibə dövründə, həm də müharibədən sonra təbii ki, bərpa işlərində. Biz ermənilər tərəfindən qırılmış meşələrin həcmini məhz peyklərdən müəyyən edə bilmişik və indi yerlərdə bunu təsdiq edirik. Meşələrimizin 54 min hektarı Ermənistan rəhbərliyi tərəfindən qırılıb, talan edilib və satılıb. Peyk görüntüləri, eyni zamanda, minalarla daha çox çirklənmiş yerləri də təsbit edir. Ona görə bu imkanlardan da səmərəli istifadə etməliyik”.

 

apa-logo-mini

Digər xəbərlər