Dövlət bayrağının Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı ilə birgə qaldırılması və ya yerləşdirilməsi qaydası müəyyənləşib

Dövlət bayrağının Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı ilə birgə qaldırılması və ya yerləşdirilməsi qaydası müəyyənləşib
# 23 dekabr 2019 18:44 (UTC +04:00)

Dövlət bayrağının Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı ilə birgə qaldırılması və ya yerləşdirilməsi qaydası müəyyənləşib.

APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər Azərbaycan Respublikasının Dövlət bayrağı digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalı idi.

Dəyişikliyə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı, digər dövlətlərin dövlət bayraqları, habelə beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR