Dövlət qeydiyyatından keçmiş 55 partiyadan 32-si maliyyə hesabatını MSK-ya təqdim edib - SİYAHI

Dövlət qeydiyyatından keçmiş 55 partiyadan 32-si maliyyə hesabatını MSK-ya təqdim edib - SİYAHI
# 31 mart 2020 10:27 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasına (MSK) 2019-cu il üzrə maliyyə hesabatı təqdim etmiş partiyaların sayı açıqlanıb.

APA-nın MSK-nın saytına istinadən verdiyi məlumata görə, bu günə qədər Azərbaycanda dövlət qeydiyyatına alınmış 55 siyasi partiyadan 32-i maliyyə hesabatını MSK-ya təqdim edib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprelin 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidir.

Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

MSK-ya 2019-cu il üzrə maliyyə hesabatı təqdim etmiş partiyaların siyahısı aşağıdakı kimidir:

1. Yeni Azərbaycan Partiyası

2. Azərbaycan Naminə Alyans Partiyası

3. Azərbaycan Liberal Partiyası

4. Azərbaycan Xalq Demokratik Partiyası

5. Azərbaycan Sosial Demokrat Partiyası

6. Böyük Quruluş Partiyası

7. Azərbaycan Demokratik Maarifçilik Partiyası

8. Azərbaycan Respublikaçılar Partiyası

9. Azərbaycan Kommunist Partiyası

10. Müsavat Partiyası

11. Klassik Xalq Cəbhəsi Partiyası

12. Müasir Müsavat Partiyası

13. Vətəndaş Həmrəyliyi Partiyası

14. “Milli Vəhdət” Partiyası

15. “Birlik” Partiyası

16. Azərbaycan Milli Demokrat Partiyası

17. Azərbaycan Təkamül Partiyası

18. Milli Dirçəliş Hərəkatı Partiyası

19. “Ana Vətən” Partiyası

20. Azərbaycan Milli İstiqlal Partiyası

21. “Qorqud” Partiyası

22. Vahid Azərbaycan Partiyası

23. Demokratik Azərbaycan Dünyası Partiyası

24. Azərbaycan Yurddaş Partiyası

25. Azərbaycan Xalq Partiyası

26. “Azərbaycan Mübarizləri” Partiyası

27. Vətəndaş Birliyi Partiyası

28. Demokratik İslahatlar Partiyası

29. Aydınlar Partiyası

30. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

31. Böyük Azərbaycan Partiyası

32. Azərbaycan Liberal Demokrat Partiyası.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR