ESTİS-in fəaliyyət prinsipləri açıqlanıb

ESTİS-in fəaliyyət prinsipləri açıqlanıb
# 13 fevral 2021 17:36 (UTC +04:00)

“Elektron su təsərrüfatı” informasiya sisteminin (ESTİS) fəaliyyət prinsipləri açıqlanıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Elektron su təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanında öz əksini tapıb.

Qeyd edilib ki, ESTİS - istifadə rahatlığı – ESTİS-dən istifadənin və məlumat mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi; fasiləsizlik – ESTİS-də aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq, fəaliyyətin fasiləsiz həyata keçirilməsi; funksionallıq və davamlı inkişaf – ESTİS-in inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması və ən son texnologiyalardan istifadə edilməklə ESTİS-in daim təkmilləşdirilməsi; operativlik – ESTİS-də məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin surətli şəkildə həyata keçirilməsi; sərbəstlik – ESTİS-in fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması; şəffaflıq – ESTİS-in fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu prinsiplər əsasında formalaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR