Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri, Fəzail Ağamalı müavin seçilib

Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri, Fəzail Ağamalı müavin seçilib
# 01 fevral 2021 15:04 (UTC +04:00)

Bu gün Milli Məclisin İntizam komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

APA-nın məlumatına görə, deputat Eldar İbrahimov yenidən İntizam komissiyasının sədri, deputat Fəzail Ağamalı sədrin müavini seçilib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında İntizam Komissiyasının yeni tərkibi müəyyənləşib. Komissiyaya deputatlar Fəzail Ağamalı, Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Səttar Möhbalıyev, Madər Musayev, Nizami Səfərov daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR