Elman Rüstəmov: "Son iki ildə xüsusi olaraq biznes kreditləri üzrə faiz dərəcəsinin 5 faiz aşağı düşdüyünü görürük"

Elman Rüstəmov: "Son iki ildə xüsusi olaraq biznes kreditləri üzrə faiz dərəcəsinin 5 faiz aşağı düşdüyünü görürük"
  • Clock-gray 07:31
  • calendar-gray 14 Yanvar 2020

Valyuta ehtiyatlarımız xarici borcu 5 dəfədən çox üstələyir. Keçən il Mərkəzi Bank, Dövlət Neft Fondu və Maliyyə Nazirliyi öz ehtiyatlarını artırıb və gəlirlilik əhəmiyyətli olub.

APA xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bildirib.

O qeyd edib ki, təxminən toplam olaraq hər iki qurum birlikdə ehtiyatların idarə olunmasından 700 milyon dollardan yuxarı gəlir əldə edib: "Belə bir şəraitdə, yəni neftin qiymətinin keçən il həm “Azəri Layt”, həm “Brent” üzrə bir qədər aşağı düşməsinə baxmayaraq, 6 milyardlıq xarici ticarət profisiti və bütövlükdə xarici valyuta mənbələrinin bazara şaxələnməsi şəraitində, həm turizmdən, həm qeyri-neft sektorundan və digər sahələrdən təklifin olduğu bir şəraitdə manatın məzənnəsi sabit qalmışdır. Bütövlükdə isə təxminən bazardan Maliyyə Nazirliyi, xəzinədarlıq və Mərkəzi Bank 700 milyon dollardan yuxarı vəsaiti sterilizasiya etmək məcburiyyətində qaldı ki, manatın möhkəmlənməsinə təsir göstərməsin".

Mərkəzi Bankın sədrinin sözlərinə görə, keçən il pul siyasətinin yumşaldılması ilə də xarakterizə olub: "Bu, hər iki istiqamətdə baş verib. 2018-ci və 2019-cu illərdə, yəni biz o yüksək inflyasiya illərində faiz dərəcəsini 15 faizə qaldırmışdıq, təxminən 2 dəfə aşağı salınıbdır və bu gün uçot dərəcəsi 7,5 faizdir. Ötən il biz 8 dəfə uçot dərəcəsini müzakirə edib, onun 7-də faiz dərəcələrini aşağı salmışıq. Bütövlükdə biz bu siyasətin ümumi faizlərə də təsirini görürük. Son iki ildə xüsusi olaraq biznes kreditləri üzrə faiz dərəcəsinin 5 faiz aşağı düşdüyünü görürük. Təxminən 16 faizdən 11 faizə düşüb. Digər istiqamətlərdə də faiz dərəcələrinin tədricən aşağı düşdüyünü görürük. Təbii ki, bunun səviyyəsi bizi hələ qane etmir və bu istiqamətdə işlər davam etdiriləcəkdir".

apa-logo-mini

Digər xəbərlər