Elmi dərəcəsi olan hərbi qulluqçulara əlavə yaşayış sahəsi verilməsi təklif olunur

Elmi dərəcəsi olan hərbi qulluqçulara əlavə yaşayış sahəsi verilməsi təklif olunur
  • Clock-gray 17:58
  • calendar-gray 17 Aprel 2020

Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün yaşayış sahəsi ilə təmin olunması sahəsində hüququ artırılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, istər hərbi xidmətdə olan, istərsə də ehtiyata və ya istefaya buraxılmış “polkovnik” rütbəli, buna bərabər və bundan yuxarı rütbəli zabitlərə, alimlik dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi verilib.

Dəyişikliyə əsasən, “alimlik dərəcəsi” anlayışı “elmi dərəcə” anlayışı ilə əvəzlənir. Başqa sözlə, elmi dərəcəsi olan hərbi qulluqçulara Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən ölçüdə əlavə yaşayış sahəsi veriləcək.  

Qanun layihəsi səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date