Epidemiya əleyhinə rejimi, sanitariya, gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcək

Epidemiya əleyhinə rejimi, sanitariya, gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcək
# 19 mart 2020 16:51 (UTC +04:00)

Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.

APA-nın məlumatına görə, bu, prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, hüquqi şəxslər 2 min manatdan 5 min manatadək cərimələnəcək. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR