Erkin Qədirli YAP-çı deputatları təbrik edib

Erkin Qədirli YAP-çı deputatları təbrik edib
  • Clock-gray 12:42
  • calendar-gray 09 Mart 2021

“Üzvü olduğum partiya dövlət qeydiyyatına alınanda Siz məni təbrik etmişdiniz. Mən də özümə borc bilirəm ki, qurultay münasibətilə bütün YAP-çı deputatları təbrik edim”.

APA-nın məlumatına görə, bunu Milli Məclisn bu gün keçirilən iclasında deputat Erkin Qədirli deyib.

Deputat bildirib ki, bələdiyyələrin Milli Məclis qarşısında hesabatlılığını doğru və mümkün saymır: “Ona görə də qanunvericiliyə dəyişiklik edilməlidir. İcra başçıları və bələdiyyələrin səlahiyyətləri ilə bağlı legitimlik böhranı var. Bu məsələ təməldən yanlış qurulub. Ayaz Mütəllibov icra hakimiyyəti orqanını yaratdı və bu, hələ də davam edir. Azərbaycan Avropa Şurasında seçkili merləri, böyük şəhər bələdiyyələri olmayan yeganə ölkədir. Ona görə də ciddi olaraq biz bu əskikliyimizi aradan qaldırmaq haqqında düşünməliyik. Deputat kimi, qanunvericilik təşəbbüsüm var və ola bilsin payız sessiyası üçün belə bir qanunu təklif edəcəyəm”.

 

Firuzə Vahid

Digər xəbərlər