“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
# 28 yanvar 2020 07:31 (UTC +04:00)

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyasına ayrılan müddət sabah başa çatır.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən, “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar səsvermə gününə ən azı 10 gün qalanadək qəbul edilməlidir.

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar bu müddət yanvarın 30-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi prosesi yanvarın 20-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR