Fevralın 29-da MSK binası qarşısında keçirilməsi planlaşdırılan mitinq təxirə salınıb

Fevralın 29-da MSK binası qarşısında keçirilməsi planlaşdırılan mitinq təxirə salınıb
  • Clock-gray 01:23
  • calendar-gray 27 Fevral 2020

İlqar Məmmədov (REAL Partiyası), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat Partiyası) və müstəqil şəkildə deputatlığa namizədliyini irəli sürmüş Fərhad Mehdiyev fevralın 29-da keçirilməsi planlaşdırılan mitinqlə bağlı qərarlarını açıqlayıblar.

Bu barədə APA-ya deputatlığa namizəd, mitinq təşkilatçılarından Ruslan İzzətli məlumat verib.

R.İzzətli bildirib ki, mitinq təşkilatçıları hazırkı dövrdə mitinq keçirməyin məqsədə uyğun olmayacağına qərar verib: “Buna görə də fevralın 29-da mitinq baş tutmayacaq”.

Qeyd edək ki, fevralın 24-də İlqar Məmmədov (REAL Partiyası), Ruslan İzzətli (D18), Fərəc Kərimli (Müsavat Partiyası) və Fərhad Mehdiyev (deputatlığa müstəqil namizəd) fevralın 29-da saat 15:00-dan 17:00-dək Mərkəzi Seçki Komissiyası qarşısında mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. BŞİH-dən isə mitinqin 29 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi” İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında keçirilməsi təklif edilib.

Firuzə Vahid

Digər xəbərlər