Fəttah Heydərovun xatirəsi parlamentdə yad edilib

Fəttah Heydərovun xatirəsi parlamentdə yad edilib
# 05 avqust 2020 11:12 (UTC +04:00)

“Fəttah Heydərovun parlamentin bugünkü səviyyəyə gəlib çatmasında özünəməxsus rolu olub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

S. Qafarova bildirib ki, F. Heydərovun fəaliyyətinin bir istiqaməti də Ağsaqqallar Şurasına sədrliklə bağlıdır: “Onun haqqında düşünərkən gözlərimiz önündə yüksək mənəvi keyfiyyətli ilə seçilən Azərbaycan ziyalısı canlanır. Xahiş edirəm onun əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edək”.

Deputatlar Fəttah Heydərovun xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR