Fəzail İbrahimli: “Fransa həmsədlikdən geri çəkilməlidir”

Fəzail İbrahimli: “Fransa həmsədlikdən geri çəkilməlidir”
# 02 oktyabr 2020 11:36 (UTC +04:00)

“Bizim “ideoloqlar” elə fikir yaratmışdı ki, müharibə başlasa, xalq arasında çaxnaşma düşəcək. Ancaq onların bu iddiaları puç oldu”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin vitse-spikeri Fəzail İbrahimli deyib. O bildirib ki, Azərbaycan 30 ildir Minsk Qrupunun bizə etdiyi məsləhəti yerinə yetirir: ”Onlar deyirdilər, özünüz danışın. Biz indi özümüz danışırıq. Qananı sözlə, qanmayanı güclə başa salırıq”.

F.İbrahimli bildirib ki, Fransanın tarixi daim türkə qarşı olub: “Fransa mənəvi və siyasi haqqını itirib. Bu ölkənin özünə hörməti varsa, Minsk Qrupu həmsədrliyindən geri çəkilməlidir. Özü geri çəkilməsə, Azərbaycan bunu qətiyyətlə tələb etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR