Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
  • Clock-gray 12:39
  • calendar-gray 20 Yanvar 2021

Bu gün Gəncədə 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad edilib.

APA-nın yerli bürosunun məlumatına görə, anım mərasimi ölkədə tədbiq edilən xüsusi karantin rejimi qaydalarına uyğun şəkildə keçirilib.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər. 

Əvvəlcə Şəhidlər Xiyabanının girişində "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə" inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilmiş lövhənin önünə güllər düzülüb.

Daha sonra şəhər rəhbəri Niyazi Bayramov Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyub, şəhidlərin ruhuna hörmət və ehtiramını ifadə edib. Abidə digər mərasim iştirakçıları tərəfindən də ziyarət olunub. 

Xatırladaq ki, ölkədə tədbiq edilən xüsusi karantin rejiminin qaydaları nəzərə alınaraq, şəhər sakinləri anım mərasimində iştirak etməyiblər. 

Fuad Nazimoğlu

Digər xəbərlər