Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib

Gəncədə seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair regional müşavirə keçirilib
# 24 yanvar 2020 12:52 (UTC +04:00)

Gəncədə parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) tərəfindən seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda regional seminar-müşavirə keçirilib.

APA–nın yerli bürosunun məlumatına görə, müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvləri Fuad Cavadov, Qabil Orucov Ali Məhkəməsinin hakimi İlqar Hüseynov, Gəncə Apellyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudov, hakimi Teyyub Muxtarov və region üzrə dairə seçki komissiyalarının sədrləri iştirak edib.

Müvafiq məhkəmə orqanları, dairə sədrlərin nümayəndələrinin iştirakı ilə keçirilən seminar-müşavirə seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı dairə seçki komissiyalarının məlumatının artırılması, bu istiqamətdə görülən işlərin effektivliyinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunmasına hədəflənib.

Açılış nitqlərindən sonra seminar-müşavirədə Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Gəncə Apellyasiya Məhkəməsinin təmsilçilərinin “Vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onların araşdırılması qaydası”, “Seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” və “Məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat” mövzularında təqdimatları keçirilib.

Tədbirin yekununda seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli ilə bağlı bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR