Gürcü müşahidəçi: "Seçkilər şəffaf şəraitdə keçirilib"

Gürcü müşahidəçi: "Seçkilər şəffaf şəraitdə keçirilib"
# 10 fevral 2020 10:51 (UTC +04:00)

Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyən Gürcüstan Parlamentinin müşahidə missiyası mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, Gürcüstan Parlamentinin deputatı Savalan Mirzoyev bildirib ki, Gürcüstandan olan parlament üzvləri 11 məntəqədə müşahidə aparıblar: “Hər məntəqədə seçicilər, müxtəlif partiya nümayəndələri və komissiya üzvləri tərəfindən qeyd olunurdu ki, seçkilər şəffaf şəraitdə keçirilir. Biz həmçinin digər dövlətlərin müşahidəçi missiyaları ilə də əlaqə yaratmışdıq. Onlar da qeyd edirdilər ki, həm seçicilər, həm də müşahidəçilər üçün hərtərəfli şərait yaradılıb”.

S. Mirzoyev qeyd edib ki, Azərbaycan Gürcüstan üçün əsas partnyorlarından biridir: "Bu ölkədə gedən hər hansı siyasi proses bizim üçün çox böyük önəm daşıyır. Bu il Gürcüstanda da parlament seçkiləri keçirilməlidir. Azərbaycanda seçkilərin belə demokratik şəraitdə keçirilməsi regionda demokratiyanın inkişafına bir töhfədir, təkandır. Azərbaycan xalqı öz seçimi ilə dövlətçiliyinə olan dəstəyini bir daha göstərdi. Biz Gürcüstan dövləti olaraq Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini hər zaman dəstəkləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR