Gürcüstan MSK sədrinin müavini: “Azərbaycanda parlament seçkiləri uğurla keçirilib”

Gürcüstan MSK sədrinin müavini: “Azərbaycanda parlament seçkiləri uğurla keçirilib”
# 09 fevral 2020 22:26 (UTC +04:00)

“Azərbaycanda parlament seçkiləri uğurla keçirilib”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisə keçirilən seçkilərlə əlaqədar mətbuat konfransında Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Georgi Şarabidze bildirib.

Georgi Şarabidze deyib ki, bu gün bir sıra seçki məntəqələrində müşahidə aparıb: “Mərkəzi Seçki Komissiyası bütün lazımi tədbirləri görmüşdü, bütün qaydalara əməl olunrdu. Azərbaycanlı həmkarlarımı təbrik edirəm”.

Gürcüstan MSK sədrinin müavini qeyd edib ki, seçki məntəqələrində seçicilərin səs verməsi üçün lazımı şərait yaradılmışdı: “Baxmayaraq ki, bu, növbədənkənar seçkilər idi, seçkilərə hazırlıq müddəti məhdud idi, Azərbaycan Mərkəzi Seçki Komissiyası bütün tədbirləri seçki qanunvericiliyinə uyğun həyata keçirmişdi. Eyni zamanda beynəlxalq müşahidəçilərin seçkiləri müşahidə etməsinə lazımı şərait yaradılmışdı. Seçkiləri müşahidə etmək üçün hər hansı maneə ilə rastlaşmadıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR