Gürcüstan XİN başçısı Elmar Məmmədyarovu təbrik edib

Gürcüstan XİN başçısı Elmar Məmmədyarovu təbrik edib
# 10 fevral 2020 19:15 (UTC +04:00)

Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Elmar Məmmədyarovu və Azərbaycan xalqını 9 fevralı növbədənkənar parlament seçkilərinin uğurla keçirilməsi münasibəti ilə təbrik edib.

APA-nın yerli bürosu xəbər verir ki, D. Zalkaliani bu barədə özünün “Twitter” hesabında paylaşım edib. O bildirib ki, Azərbaycan parlamentinin yeni tərkibinin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əmindir.

“Həmkarım Elmar Məmmədyarovu və Azərbaycan xalqını dayanıqlı inkişafı üçün növbəti addım olan 9 fevral münasibəti ilə təbrik edirəm. Mən əminəm ki, Milli Məclisin yeni tərkibi Azərbaycan və Gürcüstan əməkdaşlığının inkişafına töhfə verəcək”, - deyə D.Zalkaliani bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR