Heyvanlar aləminin mühafizəsi sahəsində dövlətin vəzifələri artırılıb

Heyvanlar aləminin mühafizəsi sahəsində dövlətin vəzifələri artırılıb
# 13 mart 2020 18:34 (UTC +04:00)

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlətin vəzifələri artırılıb.

APA-nın məlumatına görə, bu, “Heyvanlar aləmi haqqında” qanuna nəzərdə tutulmuş dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, heyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə təsir edə bilən bütün müəsisələrin, qurğuların, digər obyektlərin tikintisi, quraşdırılması və yenidən qurulması layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada hazırlanmış ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin, habelə, ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan layihələrin dövlət ekoloji ekspertizası keçiriləcək.

İndiyə qədər yalnız heyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə zərərli təsir edə bilən müəsisələrin, texniki qurğuların, digər obyektlərin tikintisi, quraşdırılması və yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizası keçirilib.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR