Heyvanlar aləminin mühafizəsi sahəsində dövlətin vəzifələri artırılır

Heyvanlar aləminin mühafizəsi sahəsində dövlətin vəzifələri artırılır
# 24 aprel 2020 15:59 (UTC +04:00)

Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlətin vəzifələri artırılması təklif olunur.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Heyvanlar aləmi haqqında” qanuna nəzərdə tutulmuş dəyişikliyə (birinci oxunuş) əsasən, heyvanlar aləminin vəziyyətinə təsir edə bilən bütün müəssisələrin, qurğuların, digər obyektlərin tikintisi, quraşdırılması və yenidən qurulması layihələrinin “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunda nəzərdə tutulmuş qaydada hazırlanmış ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin, habelə, ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan layihələrin dövlət ekoloji ekspertizası keçiriləcək.

İndiyə qədər yalnız heyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə zərərli təsir edə bilən müəssisələrin, texniki qurğuların, digər obyektlərin tikintisi, quraşdırılması və yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizası keçirilib.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR