“Azərbaycanın koronavirusa qarşı həyata keçirdiyi siyasətin əsasında vıətəndaşlarımızın sağlamlığı dayanır”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, digər ölkələrlə müqayisədə ölüm göstəricisi müsbət mənada fərqlidir: “Azərbaycan həmişə insan hüquqlarının kompleks yanaşma olduğunu bəyan edib, sağlamlıq hüququnu da dövlətlər nəzərə almalıdırlar. Azərbaycanın bu sahədə təcrübəsi uğurludur”.