Hikmət Hacıyev: "Müsbət haldır ki, ölkəmiz beynəlxalq borclanmaya getmir"

Hikmət Hacıyev: "Müsbət haldır ki, ölkəmiz beynəlxalq borclanmaya getmir"
# 15 avqust 2020 11:45 (UTC +04:00)

"Pandemeiya və koronavirus dünya ölkələrinin əksəriyyətininin borclanmasına gətirib çıxarıb”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, çox müsbət haldır ki, ölkəmiz beynəlxalq borclanmaya getmir: “Dünyada 100-dən artıq ölkə beynəlxalq təsisatlardan borclar alıb. Kommunal xərclərə gəldikdə, vətəndaşlara ödədikləri vəsait hesabına qaytarılmalar edilir. Bu da vətəndaşların ailə büdcəsinə müəyyən qatqıdır. Kommunal xidmətlərin ödəənilməsində hər hansı sui-istifadə hallarına rast gəlinməməsi üçün bu kimi təcrübələr tətbiq edilir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR