Hikmət Hacıyev: “Vətəndaşlarımızın olduqları ölkədə qalması daha çox tövsiyə olunan haldır”

Hikmət Hacıyev: “Vətəndaşlarımızın olduqları ölkədə qalması daha çox tövsiyə olunan haldır”
  • Clock-gray 17:20
  • calendar-gray 16 Aprel 2020

"Rusiyada səfirlikdə yaradılan qaynar xəttə 550-yə yaxın vətəndaş müraciət edib. Həmin vətəndaşlar sistem vasitəsilə qeydiyyatdan keçməklə gələ bilərlər".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, onlar sistemdə qeydiyyatdan keçdikdə ardıcıllıqla gələcəklər, daha sonra bu ardıcıllıqla qeydiyyatdan keçməklə, digərləri də gələ biləcək: “Bu, Azərbaycan vətəndaşların onlayn və rahat şəkildə qeydiyyatdan keçməsi və rahat şəkildə ölkəyə qayıtması üçün olan sistemdir. Rusiyanın regionlarında yaşayan vətəndaşlarımızın ölkənin sərhədinə gəlməsinə ehtiyac yoxdur. Sistemin ardıcıllığı ilə onların ölkə ərazisinə daxil olması həyata keçiriləcək. Ancaq xaricdə müvəqqəti əsasla yaşayan vətəndaşlarımızın olduqları ölkədə qalması daha çox tövsiyə olunan haldır. Bu koronavirus xəstəliyinin yüksək yoluxması riski üçündür. Vətəndaşlarımızın olduqları yerlərdə qalmaları və karantin rejiminə əməl etmələri vacibdir”.

Günay Elşadqızı

Digər xəbərlər