“Hökumət buludu”nun yaradılması və “bulud” xidmətlərinin göstərilməsinə dair Fərmana dəyişiklik edilib

“Hökumət buludu”nun yaradılması və “bulud” xidmətlərinin göstərilməsinə dair Fərmana dəyişiklik edilib
# 18 avqust 2020 12:58 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət qurumlarının Nazirlər Kabinetinin müəyyən etdiyi Keçid Planına uyğun olaraq Data Mərkəzində yerləşdirilmiş dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”nda formalaşdırılmasına operatorla birgə nəzarət edəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərmanında dəyişiklik edilməsi barədə fərmanda əksini tapıb.

Dəyişikliyə əsasən, fərmanın 8.1-ci bəndi (dövlət informasiya sistemlərinin və ehtiyatlarının mərhələli şəkildə “Hökumət buludu”na Keçid Planını Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri əsasında üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin) ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR