Hərbçilər qarşısında seçkiqabağı təşviqat kampaniyası aparmaq istəyən namizədlərə xəbərdarlıq edilib

Hərbçilər qarşısında seçkiqabağı təşviqat kampaniyası aparmaq istəyən namizədlərə xəbərdarlıq edilib
# 01 fevral 2020 15:50 (UTC +04:00)

"Hərbçilər qarşısında seçkiqabağı təşviqat aparmaq istəyən namizədlər Seçki Məcəlləsinin tələblərini pozur".

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK-nın və Ekspert Qrupunun üzvü Tofiq Həsənov deyib.

T. Həsənov bildirib ki, namizədlər hərbi hissədə seçicilər qarşısında görüş keçirmək istəyəndə həmin hərbi hissənin komandiri bu barədə dairə seçki komissiyasına məlumat verməlidir: “Ancaq bəzi namizədlər bu tələbləri pozur. Hansısa namizədin təşəbbüsü ilə hərbi hissələrdə seçicilər qarşısında seçkiqabağı təşviqat kampaniyası aparmaqla bağlı hərbi hissəyə müraciət ediləndə, həmin hərbi hissənin komandiri bununla bağlı dairə seçki komissiyasına məlumat verməlidir. Bundan sonra DSK sədri digər namizədlərə də məlumat verməlidir. Digər namizədlərdən də kim istəsə, bu görüşdə iştirak edə bilər. Əgər bu tələb yerinə yetirilmirsə, seçki subyekti haqqında müvafiq tədbir görülməsi tələbi yaranır”.

İclasda müzakirələrdən sonra bununla bağlı namizədlərə xəbərdarlıq edilməsi barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR