“Hərbi səfərbərlik və çağırış haqqında” qanunun yenidən hazırlanması təklif olunur

“Hərbi səfərbərlik və çağırış haqqında” qanunun yenidən hazırlanması təklif olunur
# 30 mart 2020 11:18 (UTC +04:00)

“Biz hazırda üç virusa qarşı mübarizə aparırıq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında" Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, üçüncü virus sapı özümüzdən olan baltalardır: “Bəziləri çox sevincək halda həm xaricdən, həm də daxildən olan vasitələrlə çıxışlar edirlər. Halbuki onlar özü yaşadığı ölkədə evdən çölə çıxa bilmirlər”.

S. Novruzov qeyd edib ki, hərbi çağırış müddətinin hər dəfə parlament tərəfindən uzadılması mürəkkəb prosesdir: “Ona görə də “Hərbi səfərbərlik və çağırış haqqında” qanunun təkmilləşdirilməsinə ehtiyac var. Dünyanın heç bir yerində 4 dəfə çağırış yoxdur. Dünyada iki dəfə çağırış olur: yaz və payız. Ümumilikdə götürəndə biz “Hərbi səfərbərlik və çağırış haqqında” qanunu yenidən hazırlamalıyıq. Çünki bu virusun hələ nə zaman bitəcəyi proqnozlaşdırılmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR