Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin təmin edilməsi qaydası dəyişir

Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin təmin edilməsi qaydası dəyişir
# 24 aprel 2020 15:48 (UTC +04:00)

Hüquqi şəxslər barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi qaydası dəyişir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Prosessual Məcəlləsinə təklif edilən əlavədə (birinci oxunuş) əksini tapıb.

İndiyə qədər barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədilə hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən qadağan oluna bilərdi.

Bu maddəyə təklif edilən əlavəyə əsasən, hüquqi şəxsin yenidən təşkil edilməsinin və ya ləğv olunmasının qadağan edilməsi barədə məhkəmənin qərarı dərhal müvafiq icra hakimiyyəti orqanına göndəriləcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR