İƏT: Seçkilər demokratik şəraitdə keçib

İƏT: Seçkilər demokratik şəraitdə keçib
# 10 fevral 2020 12:07 (UTC +04:00)

“İslam Əməkdaşlıq Təşkilatı (İƏT) hər zaman Azərbaycanın haqq işini dəstəkləyir”.

APA-nın məlumatına görə, bunu növbədənkənar parlament seçkilərini izləyən İƏT müşahidə missiyasının üzvü Əli Əsgər Mohammadi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, müşahidə missiyasının 2 üzvü Bakıda 8 məntəqədə seçki prosesini izləyib.

“Hava şəraitinin çox sərt olmasına baxmayaraq, insanlar səsvermədə iştirak edirdilər. Məntəqələrdə müşahidəçilər hər şeyi diqqətlə izləyirdilər. Bu, mühüm məqam idi. Seçkilər demokratik şəraitdə keçib, buna görə Azərbaycan xalqını təbrik edirəm. Arzu edirəm ki, azərbaycanlı məcburi köçkünlər tezliklə öz torpaqları olan Dağlıq Qarabağa qayıtsınlar”, - deyə Əli Əsgər Mohammadi qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR