İlham Əliyev Azərbaycan üçün tarix yazdı - Vüsalə Mahirqızı yazır

İlham Əliyev Azərbaycan üçün tarix yazdı - Vüsalə Mahirqızı yazır
  • Clock-gray 13:52
  • calendar-gray 24 Dekabr 2020

Prezident Əliyev maraqlı şəxsiyyətdi. Bu müharibəyə qədər biz onu cəmiyyət olaraq bu qədər yaxından tanımırdıq.

Siyasətçi, dövlət adamı, yüksək diplomatik bacarıqlı, qətiyyətli, riskləri sevən şəxsiyyət obrazı vardı. Bu müharibə İlham Əliyevin obrazında güclü yumor hissi olan, sarkazmı gözəl bilən, siyasi təmkinlə yanaşı vətəndaş emosiyası olan, siyasətçi qədər də Komandan olan, heç nəyi unutmayan, hamıya yerində cavabını verən, ürəyi yumuşaq, üzü sərt azərbaycanlını da bizə göstərdi. 

Bizim Prezident bizimlə də, dünya ilə də həmişə çox açıq danışıb. Elədikləri dediklərindən fərqlənməyib. Bəlkə də uğurunun əsas sirri bundadı.

Tarixə baxırsan, bu günün liderlərinə baxırsan, xalqının bu qədər geniş dəstəyini alan, bir neçə dəfə ən çətin məqamlarda xalqından kart blanş alan lider çox azdı. İlham Əliyevə bu xalq sonsuz dəstək verib həmişə. Çünki gücü, bacarığını bilir, inanır.

Ən müxalifləri belə öz daxilində bilirdi ki, bu dövlətin ən böyük problemini-işğalı aradan qaldıra biləcək, torpaqları azad edəcək yeganə şəxs İlham Əliyevdi. 

İlham Əliyev maraqlı şəxsiyyətdi. Ona çətin günün dostu demək olar. Amma atalıq etdiyi,  həyatının şansını tanıdığı xeyli adamdan da nankorluq görüb. Və hər dəfə də səbrlə, təmkinlə, böyüklüyünü qoruyaraq dimdik ayaqda durub, idarə edib, hətta əksərən bağışlayıb.

İlham Əliyev maraqlı şəxsiyyətdi. O, bizim közərən ümidlərimizdən reallıq yaratdı. O, bizim milli taleyimizdə bundan sonrakı illərin, əsrlərin dönüşünü etdi. 

Bu gün deyilənlərə, yazılanlara bəlkə də konyuktur yanaşanlar var. Tarix şəxsiyyətlərə münasibətdə daha ədalətlidir. Tarix İlham Əliyevi Azərbaycanın, dünya azərbaycanlılarının və Türk dünyasının tarixinə yazdığı qızıl dönüşlə xatırlayacaq. İlham Əliyev Azərbaycanda tarix yazmadı, Azərbaycan üçün tarix yazdı.

Siyasətdə Prezidentimiz, döyüşdə Ali Baş Komandanımız, doğum gününüz mübarək!

Vüsalə Mahirqızı

Digər xəbərlər