“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub
  • Clock-gray 15:45
  • calendar-gray 04 İyun 2020

İyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası  keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komitənin  sədri  Əhliman Əmiraslanov  əvvəlcə koronavirus (COVİD-19) pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, bu sahədə həyata  keçirilən  tədbirlər  barədə danışıb.

İclasda “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda  müzakirə  edildib.

Qeyd olunub ki, qanun layihəsi ölkə Konstitusiyasının 94-cü maddəsinə uyğun olaraq, Azərbaycanda insan orqan və toxumalarının  donorluğunun və onların transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin, tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək.  5 fəsil, 35 maddədən  ibarət sənəddə qanunun tətbiq  dairəsi,  donorluğun və transplantasiyanın əsas prinsipləri, qayda və şərtləri, bu sahəyə yardımın təşkili, transplantasiya işini həyata keçirən  mütəxəssislərin hüquq və vəzifələri, resipiyentlərin  uçotu, donorluq  işinin  koordinasiyası, donor  orqanlarının resipiyentlər arasında bölüşdürülməsi kimi məsələlər ətraflı  ehtiva olunub.

Komitə üzvləri  Rəşad Mahmudov, İlham Məmmədov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, dəvət olunmuş mütəxəssislər  qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər, bu sahədə dünya ölkələrinin qabaqcıl təcrübəsindən danışıblar.

Gündəliyin ikinci məsələsini təqdim edən Milli Məclis Aparatının İqtisadi  və sosial qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” qanunlara təklif olunan dəyişiklikləri diqqətə çatdırıb. Bildirib ki, bu dəyişikliklər ekoloji təhlükəsizliyin qorunması məqsədi daşıyır.

İclasda gündəliyin üçüncü məsələsinin - “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərin (birinci oxunuş) mahiyyətini açıqlayan  Məhəmməd Bazıqov  diqqətə çatdırıb ki,  “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” 27 iyun 2019-cu il tarixli  qanunda tibb müəssisələrinin akkreditasiyası nəzərdə tutulub.

Ətraflı müzakirələrdən sonra  hər 3 qanun layihəsi Milli Məclisin plenar iclasına  tövsiyə edilib.

Firuzə Vahid

Digər xəbərlər