İntizam komissiyasının yeni Əsasnaməsi hazırlanıb

İntizam komissiyasının yeni Əsasnaməsi hazırlanıb
  • Clock-gray 18:51
  • calendar-gray 06 May 2020

Mayın 6-da Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, komissiyanın sədri Eldar İbrahimov iclasda Milli Məclisin İntizam komissiyasının fəaliyyət istiqamətlərinin müzakirə olunacağını qeyd edib.

Bildirilib ki, komissiyanın səlahiyyətləri Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsində öz əksini tapıb. İntizam komissiyası öz səlahiyyətlərini intizam tədbirlərinin tətbiqi ilə parlamentdaxili məsuliyyətə cəlb etməklə həyata keçirir.

Eldar İbrahimov diqqətə çatdırıb ki, komissiyanın fəaliyyətini daha da yaxşılaşdırmaq üçün yeni Əsasnamə hazırlanıb. Əsasnamə layihəsi hazır olanda müzakirəyə təqdim ediləcək.

İclasda çıxış edən komissiyanın katibi, deputat Nurlan Həsənov bildirib ki, İntizam komissiyasının fəaliyyətini tənzimləyəcək yeni Əsasnamədə komissiyanın səlahiyyətləri, deputatın hüquq və vəzifələri, müraciətlərə baxılması qaydası və digər məsələlər öz əksini tapıb. Əsasnamə hazırlanarkən beynəlxalq təcrübədən, əsasən Almaniya təcrübəsindən istifadə olunub.

Sonra çıxış edən komissiya üzvləri Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Səttar Möhbalıyev, Hikmət Məmmədov, Nəsib Məhəməliyev, Nizami Səfərov, Məşhur Məmmədov, Afət Həsənova yeni Əsasnamə barədə təkliflərini verib, prosesin sürətləndirilməsinin vacibliyini vurğulayıblar.

Bununla da Milli Məclisin İntizam komissiyasının iclası başa çatıb.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date