İqtisadiyyat nazirinin birinci müavini postu yaradılıb

İqtisadiyyat nazirinin birinci müavini postu yaradılıb
# 30 dekabr 2019 21:44 (UTC +04:00)

İqtisadiyyat nazirinin birinci müavini postu yaradılıb.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də əksini tapıb.

Əsasnaməyə əsasən, İqtisadiyyat nazirinin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi bir birinci müavini və beş müavini var. Nazirin birinci müavini və müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR