İsa Həbibbəyli: “Prezidentin fikirləri cəmiyyətin tarixin dərslərindən nəticə çıxarmasına xidmət edir”

İsa Həbibbəyli: “Prezidentin fikirləri cəmiyyətin tarixin dərslərindən nəticə çıxarmasına xidmət edir”
# 01 iyun 2020 11:36 (UTC +04:00)

“Cənab Prezidentin XX əsrin əvvəlləri ilə bağlı fikriləri elmi əsaslara söykənir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat İsa Həbibbəyli deyib.

O bildirib ki, Prezident tərəfindən səslənən fikirlər Azərbaycan cəmiyyətinin tarixin dərslərindən nəticə çıxarmasına xidmət edir.

O, Naxçıvandan gəlmək istəyənlər üçün hava yolundan başqa yol olmadığını da diqqətə çatdırıb: “Bu məsələni həll etmək lazımdır. Ona görə Operativ Qərargahın açıqlamasına baxmayaraq, bu işlərin mümkün qədər tezləşdirilməsi lazımdır. Eyni zamanda Naxçıvandan gələnlər üçün sadələşmiş qaydalardan istifadə olunmasını təklif edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR