İşğaldan azad edilmiş ərazilər üzrə yeni planlaşdırma sənədləri hazırlanır

İşğaldan azad edilmiş ərazilər üzrə yeni planlaşdırma sənədləri hazırlanır
# 09 mart 2021 16:56 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilər üzrə münaqişə dövrünə qədər işlənilmiş rayon planlaşdırılması layihələri və baş planları araşdırılıb, müvafiq statistik məlumatlar toplanılıb və yeni ərazi planlaşdırılması sənədlərinin işlənilməsinə hazırlıq işlərinə başlanılıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.

Hesabatda qeyd olunub ki, Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə qərargahının yaradılması haqqında” Sərəncamının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilər üzrə müvafiq ərazi-planlaşdırma işlərinin təşkili və zəruri məlumatların toplanması məqsədilə müvafiq tədbirlər görülmüş, işğaldan azad edilmiş ərazilərdə social-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz tədbirlərin həlli ilə bağlı “Strateji fəaliyyət planı” və “Tədbirlər Planı”nın layihələr üzrə “Şəhərsalma qrupu tərəfindən icrası nəzərdə tutulan tədbirlərə dair təkliflər işlənib hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR