İşğaldan zərərçəkmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının sədri dəyişib

İşğaldan zərərçəkmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının sədri dəyişib
# 11 mart 2020 18:29 (UTC +04:00)

Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının sədri dəyişib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərmanda əksini tapıb.

Fərmana əsasən, Baş Nazirin müavini Şahin Mustafayev Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyasının sədri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl komissiyasının sədri Baş Nazirin sabiq müavini Əli Həsənov olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR