İtaliya mediası Azərbaycanda parlament seçkilərindən yazıb

İtaliya mediası Azərbaycanda parlament seçkilərindən yazıb
# 09 fevral 2020 11:51 (UTC +04:00)

İtaliya mediası Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərindən yazıb.

APA-nın xəbərinə görə, “Tiscalı news”, “Askanews”, agenzianova.com və digər nəşrlərdə 125 deputat mandatı uğrunda 1314 namizədin mübarizə apardığı, namizədlərdən 79 faizinin kişi, 21 faizinin isə qadın olduğu vurğulanıb.

Bildirilib ki, seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.

Qeyd olunub ki, seçkilərdə 5 329 460 seçici səsvermə hüququndan istifadə edəcək.

Parlament seçkilərini izləmək üçün çoxlu sayda yerli və beynəlxalq müşahidəçinin akkreditasiyadan keçdiyinə diqqət çəkilib.

İtaliya mediasında ölkədə aparılan ciddi islahatlar fonunda müsbət dəyişikliklərə nail olmaq üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurətinin yarandığı da qeyd olunub.

O da bildirilib ki, seçkilərin azad, demokratik, ədalətli və şəffaf keçirilməsi üçün bütün lazımi şərait yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR