İtaliyalı müşahidəçilər: “Səsvermə zamanı qaydalara əməl olunub”

İtaliyalı müşahidəçilər: “Səsvermə zamanı qaydalara əməl olunub”
# 10 fevral 2020 11:26 (UTC +04:00)

"Seçki günü Bakıda və ona yaxın ərazilərdə, habelə Sumqayıtda bir neçə məntəqələrdə müşahidə apardım. Seçicilərin sənədlərinin yoxlanmasına ciddi nəzarət olunduğunu müşahidə etdim. Həmçinin mürəkkəbdən istifadə, məntəqələrdə veb kameraların quraşdırılması və namizədlərin təmsilçilərinin çoxluğunu da qeyd etməliyəm”.

APA-nın xəbərinə görə, bunu növbədənkənar parlament seçkilərini izləyən İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Rozanna Boldi mətbuat konfransında deyib.

O bildirib ki, gənclər və qadınların müşahidəçilər arasında çox olması onların diqqətini cəlb edib: “Seçki məntəqələrində bütün qaydalara əməl etmək istəyi çox güclü idi”.

Senator Mariya Rizzotti qeyd edib ki, səsvermə zamanı qaydalara əməl olunub: “Mən Azərbaycana böyük dəyər verən deputatlardan biriyəm. Azərbaycan qadınların hüquqlarına önəm verən ölkədir. Azərbaycan bir çox ölkələrdən daha öncə, hələ 1918-ci ildə qadınlara seçim hüququ verib. Digər tərəfdən, dairələrdə seçici siyahıları ilə qarşılaşdıq ki, bu bizim ölkədə mövcud deyil. Düşünürəm ki, bu təcrübədən Avropada da istifadə oluna bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR