İtaliyanın Azərbaycandakı səfiri Bərdəyə səfər edib

İtaliyanın Azərbaycandakı səfiri Bərdəyə səfər edib
# 05 dekabr 2020 20:16 (UTC +04:00)

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Bərdə şəhərinə səfər edib.

APA-nın xəbərinə görə, bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsində məlumat verilib.

İtaliyalı diplomat rayonun icra başçısı Vidadi İsayevlə görüşüb.

Səfər zamanı səfir Massari 21 mülki vətəndaşın öldüyü şəhərin şəhərin müharibə zamanı top hücumları zamanı ciddi ziyan dəyən ərazilərinə baş çəkib.

Səfir Bərdədə yerləşən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin regional ofisində də olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR