İtaliyanın sabiq xarici işlər naziri Prezident İlham Əliyevi təbrik edib

İtaliyanın sabiq xarici işlər naziri Prezident İlham Əliyevi təbrik edib
# 23 dekabr 2020 17:41 (UTC +04:00)

İtaliyanın sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Franko Frattini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizə ən səmimi arzularımı çatdırır, Zati-alinizə uzun ömür və möhkəm cansağlığı, xalqınıza isə sülh və firavanlıq diləyirəm. Ölkənizlə müxtəlif sahələrdə əməkdaşlıq etmək mənim üçün həmişə xoş və şərəfli olub. İndi də mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə sıx əməkdaşlıqdan məmnunluq duyuram. Bütün Qafqaz regionunda Sizin güclü və müdrik rəhbərliyinizə heyranam.

Doğum gününüz mübarək, cənab Prezident”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR