Köln şəhərində yaşayan azərbaycanlılar ordumuza dəstək aksiyası keçirib - FOTO - VİDEO

Köln şəhərində yaşayan azərbaycanlılar ordumuza dəstək aksiyası keçirib - FOTO - VİDEO
  • Clock-gray 14:14
  • calendar-gray 19 İyul 2020

Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlılar Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatla əlaqədar etiraz aksiya keçiriblər.

Bu barədə APA-ya Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bildirib.

N.Abdullayevin sözlərinə görə, dinc şəkildə həyata keçirilən aksiyada yüzlərlə soydaşımız iştirak edib. Şəhərin Breslaur Platz adlanan ərazisində baş tutan aksiyaya Almaniyanın digər şəhərlərindən gələn azərbaycanlılar da qoşulub.

Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyündən, qonşu Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkməsindən və Qarabağ həqiqətlərindən bəhs edən şüarlar səsləndirərək şəhərin mərkəzi küçələrində yürüş ediblər.

Yürüşdə “Şəhidlər ölməz, vətən bölünməz”, "Qarabağ bizimdir, bizim olacaq", "Qarabağ Azərbaycandır və nida işarəsi" kimi şüarlar səsləndirilərək Azərbaycan Ordusuna və xalqına dəstək nümayiş etdirilib.

Aksiya iştirakçıları eyni zamanda dinc Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonunda yaşayış evlərini atəşə tutmasını, mülki şəxsləri hədəfə alaraq öldürməsini Köln sakinlərinin diqqətinə çatdırıblar.

Qeyd edək ki, daha əvvəl etiraz yürüşü iyulun 18-də ölkənin Düsseldorf şəhərində də keçirilib.

apa-logo-mini

Digər xəbərlər