Komitə sədri: “Sosial şəbəkələrlə bağlı tənzimləmələrə dair Almaniya təcrübəsi öyrənilib”

Komitə sədri: “Sosial şəbəkələrlə bağlı tənzimləmələrə dair Almaniya təcrübəsi öyrənilib”
  • Clock-gray 13:36
  • calendar-gray 19 Yanvar 2021

“İnformasiya sisteminə aid çox sayda qanun qəbul olunub”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan Hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, sosial şəbəkələrlə bağlı tənzimləmələrə dair çağırışlar var: “Bununla bağlı Almaniya təcrübəsi öyrənilib. Bu yöndə tənzimləməyə hamının ehtiyacı var. Təhqir üzərindən hakimiyyət uğrunda mübarizə aparmaq, təhqir üzərindən uğur qazanmaq olmaz. Çünki sabah təhqirin hədəfi sən ola bilərsən. Hələlik bununla bağlı konkret tənzimləmələr yoxdur. Hazırda bu məsələ, sadəcə, hüquq-mühafizə orqanlarına müraciət etməklə, həll edilə bilir. Bu istiqamətdə tənzimləmələr üçün beynəlxalq təcrübə araşdırılır”.

Firuzə Vahid

Digər xəbərlər