Komitə sədri: “Tibb işçilərinin maaşlarına əlavə olunmalı və mükafatlar verilməlidir”

Komitə sədri: “Tibb işçilərinin maaşlarına əlavə olunmalı və mükafatlar verilməlidir”
  • Clock-gray 12:44
  • calendar-gray 17 Mart 2020

“Koronavirusla mübarizədə hökumətlə cəmiyyətin birgə fəaliyyəti çox önəmlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M. Quliyev bildirib ki, hökumətin bu vəziyyətə davranışı hadisəyə adekvatdır: “Koronavirus yayılan ölkələrdən vətəndaşlarımızın gətirilməsi, karantinə alınması, izolyasiya olunması üçün bütün tədbirlər görülür. Operativ qərargahın verdiyi təlimatlara hər bir vətəndaş qeyri-şərtsiz əməl etməlidir. Tibbi profilaktika sahəsində hər cür vəsaitimiz var. Operativ qərargahdan və KİV-dən xahişim odur ki, gün ərzində 5-10 dəfə cəmiyyətə informasiya versinlər. Bu zaman fake informasiyalara yer qalmayacaq. Bu gün ölkəmizdə koronavirusla bağlı maarifləndirmə işləri də yüksək səviyyədədir.

Lakin ictimaiyyətin davranışında ikiqütblülük var. Bir qütbdə panika, ajiotaj, digər qütbdə isə laqeydlik. İnsanlarımız, sadəcə, operativ qərargahın tövsiyələrinə əməl etməlidir. Qorxulu hal isə həkim olmayan şəxslərin virusla bağlı məsləhətlər verməsidir. Buna görə də bütün sosial şəbəkə istifadəçilərinə müraciət edirəm ki, qeyri-peşəkar adamlar öz fikirlərini yazmasınlar”.

M. Quliyev bildirib ki, virusla mübarizənin ən effektiv yolu xəstə insandan uzaq durmaqdır: “İnsanların ehtiyac olmadığı hallarda çox yerə toplaşması arzu olunan deyil. Hesab edək ki, müharibə şəraitindəyik. Biz bir-birimizi, yaxınlarımızı qorumalıyıq. Eyni zamanda iş yerlərində də dezinfeksiyaedici məhlullardan istifadə məqsədəuyğundur. Bu şərtlərin həyata keçirilməsi üçün qanunvericilikdə dəyişikliklər edilməlidir. İş yerlərində əməkdaşların maaşları saxlanılmaqla, 2 həftəliyinə kənarlaşdırılması və sosial məzuniyyətə göndərilməsi ilə bağlı da qərar qəbul olunmalıdır. Tibb işçilərinin maaşlarına əlavə olunmalı və mükafatlar verilməlidir”.

Firuzə Vahid

Digər xəbərlər

Arxiv

date