Konstitusiya Məhkəməsi məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi üçün Milli Məclisə müraciət edib

Konstitusiya Məhkəməsi məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi üçün Milli Məclisə müraciət edib
  • Clock-gray 19:42
  • calendar-gray 25 Noyabr 2020

Konstitusiya Məhkəməsi Plenumu İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsini Milli Məclisə tövsiyə edib.

APA-nın məlumatına görə, bu, Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şikayət verən şəxsin yaşayış yeri müddəasının şərh edilməsinə dair konstitusiya işi ilə bağlı qəbul etdiyi qərarda əksini tapıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. Ancaq İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir.

Ramiz Mikayıloğlu

Digər xəbərlər