Latviyanın sabiq Prezidenti İlham Əliyevi təbrik edib

Latviyanın sabiq Prezidenti İlham Əliyevi təbrik edib
# 23 dekabr 2020 14:10 (UTC +04:00)

Latviyanın sabiq Prezidenti Valdis Zatlers Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli Prezident İlham Əliyev.

Hər insanın doğulduğu gündən onun həyatını əks etdirən bir sıra çox vacib münasibətləri olur. Bunlardan birincisi, ana və ata ilə olan münasibətlərdir. Valideynlər insanın təməl şəxsiyyətini formalaşdırmağa kömək edirlər. Sizin həyat müdrikliyinə malik dahi valideynləriniz olub. Bu əlamətdar gündə valideynlərinizə ən səmimi minnətdarlığımı bildirirəm.

İkinci vacib münasibət xalqınızla olan münasibətinizdir. Siz xalqınızın müdrik, məsuliyyətli və qətiyyətli liderinə çevrilmisiniz. Bu, Sizin misilsiz istedadınızın və uzun illərdir həyata keçirdiyiniz nəcib fəaliyyətinizin bariz təcəssümüdür. Sizin fəaliyyətinizə və uğurlarınıza heyranam.

Üçüncü vacib münasibət isə dostlarla olan münasibətdir. On ildən çox müddətdir ki, Sizinlə etibarlı dost olmaqdan böyük şərəf hissi duyuram. Bununla çox qürur duyur və sevinirəm.

Əziz Prezident, bu gün Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və hikmət dolu uzun fəal illər arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR