Latviyanın sabiq Prezidenti və sabiq Baş naziri Prezident İlham Əliyevi təbrik edib

Latviyanın sabiq Prezidenti və sabiq Baş naziri Prezident İlham Əliyevi təbrik edib
# 23 dekabr 2020 14:54 (UTC +04:00)

Latviyanın sabiq Prezidenti Raymonds Veyonis və Latviyanın sabiq Baş naziri Laimdota Strauyuma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, Raymonds Veyonisin təbrik məktubunda deyilir:

“Hörmətli Prezident.

Doğum gününüz münasibətilə təbriklərimi qəbul edin.

Latviya və Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və yaxın əlaqələri yüksək dəyərləndirirəm.

Arzu edirəm ki, növbəti il ölkəniz və şəxsən Sizin üçün xoş hadisələrlə zəngin olsun”.

Laimdota Strauyumanın Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə təbrik edir, Zati-alinizə və ailənizə möhkəm cansağlığı və rifah arzulayıram.

Zati-aliləri, Siz görkəmli dövlət başçısısınız. Bütün dünya Azərbaycan xalqının ölkənizin ərazi bütövlüyü uğrunda Sizin rəhbərliyinizlə apardığı mübarizəni izlədi. Bu dövr, həmçinin insanların həyatını təhlükə altına qoyan və ənənəvi iqtisadiyyatda, eləcə də bir çox sosial proseslərdə dəyişikliklərə səbəb olan COVID-19 virusunun geniş yayıldığı dönəmə təsadüf edib.

Mən Sizə ölkənizin ərazi bütövlüyünün qorunub saxlanılması üçün mexanizmlərin yaradılması məqsədilə gələcəkdə dialoqun aparılması istiqamətində bütün çağırışların öhdəsindən gəlməyi və davamlı uğurlar əldə etməyi arzulayıram. Mən Sizin gözəl ölkənizə sülh, Azərbaycan xalqına isə firavanlıq diləyirəm.

Biz Beynəlxalq Nizami Gəncəvi Mərkəzində etibarlı dostunuz olaraq Sizin daim yanınızdayıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR