Lənkəranda seçici aktivliyi müşahidə olunur

Lənkəranda seçici aktivliyi müşahidə olunur
# 09 fevral 2020 09:17 (UTC +04:00)

Lənkəranda qarlı hava şəraitinə baxmayaraq, seçici aktivliyi müşahidə olunur.

APA-nın cənub bürosunun xəbərinə görə, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 13 və 22 saylı seçki məntəqələrində səsvermə saat 08:00-da başlayıb. 13 saylı seçki məntəqəsində "Exit poll" keçirilir. Hər iki məntəqədə müxtəlif partiyaları, namizədləri təmsil edən müşahidəçilər iştirak edir.

Qeyd edək ki, 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə 28 məntəqədə 35500 seçici qeydiyyatdadır və 8 namizəd mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR