MM Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişikliyi birinci oxunuşda qəbul edib

MM Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişikliyi birinci oxunuşda qəbul edib
# 11 dekabr 2020 12:10 (UTC +04:00)

Azərbaycan Respublikasında Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən və birinci oxunuşda müzakirə edilən qanun layihəsində əksini tapıb.

Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəsinə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.

Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” 2 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR