MM-də Musa Qasımlı ilə Sabir Rüstəmxanlı arasında mübahisə yaranıb

MM-də Musa Qasımlı ilə Sabir Rüstəmxanlı arasında mübahisə yaranıb
# 05 may 2020 11:56 (UTC +04:00)

“Yaranmış şəraitdən həm ölkə daxilidə, həm də xaricdən siyasi alver məqsədilə istifadə edənlər, öz şəxsi maraqları naminə dövlətin ümumi siyasətinə kölgə salmaq istəyənlər bilməlidirlər ki, dövlət indi hər şeyi görür”.

APA-nın məlumatına görə bunu Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı millət vəkili Musa Qasımlı deyib.

O bildirib ki, dövlət orqanlarının fəaliyyətinə heç bir şəkildə kölgə salmaq olmaz: “Yardımların paylanmasını çox şəffaf şəkildə həyata keçirilən rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”.

Musa Qasımlının dediklərinə cavab verən millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, Musa Qasımlı icra başçısının adından danışır, onun seçicilərdən xəbəri yoxdur: “Mən oradan olan insanların şikayətləri əsasında mətbuatda bu cür çıxış etmişəm. Musa Qasımlı yaxşı olar ki, gedib seçicilərinin vəziyyəti ilə tanış olsun”.

Musa Qasımlı isə Sabir Rüstəmxanlıya cavabında bildirib ki, 25 illik deputat həyatında bir seçicinin qapısını açmayan şəxsin seçicilərin adından danışması çox miskin görünür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR