MM-də Şamaxının Saqiyan kəndinin Günəşli adlandırılması barədə qanun qəbul edilib

MM-də Şamaxının Saqiyan kəndinin Günəşli adlandırılması barədə qanun qəbul edilib
# 15 dekabr 2020 11:21 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında Bələdiyyələrin Siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsinə də analoji məzmunda dəyişiklik təklif edilib.

Qanun layihəsinə əsasən, bələdiyyə siyahılarında Şamaxı rayonu Saqiyan bələdiyyəsi Günəşli bələdiyyəsi ilə əvəz edilib.

Qanun layihələri səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR